ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) dünyada ilk dəfə respirator sinsitial virus (RSV) peyvəndinin ölkədə istifadəsinə icazə verib.
Editor.az FDA tərəfindən verilən məlumata istinadla xəbər verir ki GSK-nın Arexvy peyvəndi RSV-nin səbəb olduğu alt tənəffüs yolları xəstəliklərinin qarşısını almaq, xüsusən də əsas sağlamlıq problemləri olan 60 yaş və üzəri şəxslər üçündür. FDA Bioloji Qiymətləndirmə və Tədqiqat Mərkəzinin direktoru Dr. Peter Marks dedi: “Ürək, ağciyər xəstəlikləri və ya zəifləmiş immunitet sistemi kimi əsas sağlamlıq problemləri olanlar, xüsusilə yaşlılar RSV tərəfindən törədilən ciddi xəstəliklər üçün yüksək risk altındadırlar. Bu gün ilk dəfə təsdiqlənən RSV peyvəndi
təhlükə yaradan bir çox xəstələliklərin qarşını alacaq. Bu təsdiq FDA-nın Birləşmiş Ştatlarda istifadə üçün təhlükəsiz və effektiv peyvəndlər hazırlamaq öhdəliyini özündə əks etdirir.”
FDA bildirib ki, ABŞ-da hər il RSV virusuna tutulmuş 60-120 min 65 və daha yuxarı yaşlı insanlar xəstəxanaya yerləşdirilir və virus 6-10 min insanın ölümə səbəb olur.
//Gülnarə Abasova, Editor.az