ABŞ nümayəndələri ilk dəfə olaraq “İstəkli ölkələr koalisiyası” formatında keçirilən təhlükəsizlik görüşünə qatılıb. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Telegram kanalında məlumat verib.
“Bu gün Romada ‘İstəkli ölkələr koalisiyası’ formatında təhlükəsizlik üzrə növbəti görüş keçirilir. Görüş davam edir. İlk dəfə olaraq ABŞ nümayəndələri də bu formata qoşulublar – general Kelloq, senator Lindsi Qrem və Riçard Blumental”, – deyə Yermak bildirib.
Qeyd edək ki, ABŞ daha əvvəl bu cür görüşlərdə iştirak etmirdi. Rəsmi Kiyev bu addımı Ukraynaya beynəlxalq dəstəyin genişlənməsi kimi qiymətləndirir.
//Samir Qurbanov, Editor.az

