ABŞ-ın 20-dən çox şəhəri mütləq temperatur rekordunu yeniləyibbackend

ABŞ-ın 20-dən çox şəhəri mütləq temperatur rekordunu yeniləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün müşahidələr zamanı ən soyuq 16 fevral ABŞ-ın 21 şəhərində qeydə alınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Milli Meteorologiya Xidməti tərəfindən yayılan məlumatda deyilib.

Rekordçular arasında ən soyuq hava temperaturu Linkoln və Qastings (Nebraska ştatı) şəhərlərində qeydə alınıb. Orada ötən gün temperatur -35 və -34 dərəcəyə qədər düşüb.

Nyu Orleanda (Luiziana ştatı) havanın -3,8 dərəcəyə qədər düşməsi temperatur rekordunu təyin etmək üçün kifayət olub.

Ümumilikdə, 11 ştatın – Nebraska, Ayova, Kanzas, Missuri, Oklaxoma, Texas, Tennesi, Arkanzas, Alabama, Mississippi və Luiziana şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.