ABŞ-ın 24 şəhərində rekord şaxta qeydə alınıb, 3 milyondan artıq insan işıqsız qalıbbackend

ABŞ-ın 24 şəhərində rekord şaxta qeydə alınıb, 3 milyondan artıq insan işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 25 ştatında güclü qar fırtınası davam edir.

Editor.az Trend-ə istinadən bildirir ki, qar fırtınası nəticəsində Texasda 2,8 milyon nəfər, Oreqonda 300 mindən artıq insan, Missisipi, Oklahoma, Missuri, Arkanzasda isə on minlərlə insan işıqsız qalıb.

Məlumata əsasən, cənub ştatları üçün qeyri-adi sayılan soyuq hava səbəbiylə izolyasiya edilməmiş su boruları partlayır.

Bildirilir ki, fırtına şaxta ilə müşahidə olunur. Ölkənin 24 şəhərində rekord şaxta qeydə alınıb: “Yaxın günlərdə havanın temperaturu daha da aşağı düşə bilər. Müşahidələr tarixində yüzlərlə rekord şaxta qeydə alına bilər”.

Texas, Oklahoma və Arkanzasın qubernatorları yolların təmizlənməsi və küçələrdə insanlara yardım üçün Milli Qvardiyanı cəlb etmək istəyirlər. Bu ştatların sakinlərinə avtomobil ilə səyahət etməkdən çəkinmələri tövsiyə olunur. Bəzi şəhərlərdə ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.