ABŞ-da dünən federal məhkəmənin qərarından sonra ölkənin 4 ən böyük aviaşirkəti daxili reyslərdə maska tələbini qaldırıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, qərar Bayden Administrasiyasının Florida ştatına təyin etdiyi hakim tərəfindən verilib. Qərara görə, digər ictimai nəqliyyat vasitələrində də maska tələbi aradan qaldırılıb.
Keçmiş prezident Donald Trampın dövründə təyin olunmuş hakim Katrin Kimball hazırkı hakimin qərarının qanunsuz olduğunu bildirib. O qeyd edib ki, qərarı verən hakim öz vəzifə səlahiyyətlərini aşıb və digər federal hakimlər bu qərarı ləğv edə bilər. Çünki ABŞ Prezidenti Baydenin qərarına əsasən COVİD-19-a yoluxanların sayı artmağa başladıqdan sonra maska tələbi mayın 3-dək uzadılıb.
Qeyd edək ki, qərardan sonra Nəqliyyat Təhlükəsizliyi İdarəsi maska tələbinin artıq qüvvədə olmadığını açıqlayıb.
//Editor.az

