Bağdad hava limanında ABŞ-ın İraqdakı səfirliyinin logistika mərkəzinə hücum edilib.
Editor.az bu barədə Shafaq News-ə istinadla xəbər verir.
Məlumata görə, təhlükəsizlik güclərindəki mənbə çərşənbə axşamı Bağdad Beynəlxalq Hava Limanında ABŞ səfirliyinin logistika mərkəzinə hücum edildiyini bildirib. Hücumun mahiyyəti bəlli olmasa da, hücumda raket və ya minaatanlardan istifadə edilib-edilmədiyi məlum deyil. Agentliyə danışan mənbə bildirib ki, daha bir hücum Bağdadın beynəlxalq hava limanının düz yaxınlığında yerləşən Terrorla Mübarizə İdarəsinin qərargahı yaxınlığında həyata keçirilib.
Bundan əvvəl İraqın müdafiə naziri Sabit Abbasi iki il ərzində Amerika əsgərlərinin İraqdan çıxarılmasına dair Vaşinqtonla razılığın əldə olunduğunu açıqlamışdı. Abbasi bəyan edib ki, Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq.
//Gülnarə Abasova, Editor.az