ABŞ-ın BMT yanında daimi nümayəndəsinin namizədliyi təsdiqləndibackend

ABŞ-ın BMT yanında daimi nümayəndəsinin namizədliyi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Senatı Linda Tomas-Qrinfildin BMT yanında daimi nümayəndə vəzifəsinə namizədliyini təsdiq edib.

68 yaşlı diplomatın namizədliyini 78 senator dəstəkləyib, 20 senator isə onun namizədliyinə qarşı çıxıb.

Qeyd edək ki, L.Tomas-Qrinfild diplomatik xidmətə 1982-ci ildə başlayıb. O daha əvvəl Dövlət Departamentində yüksək vəzifələrdə çalışıb. 2008-2012-ci illərdə ABŞ-ın Liberiyadakı səfiri, 2013-2017-ci illərdə isə dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi olub.

//Trend