Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında çoxsaylı insan qalıqları aşkar edilib.
Editor.az bu barədə WFLA-TV-ə istinadla xəbər verir.
Las-Veqasdan bir saatlıq məsafədə yerləşən Searchlight kəndi yaxınlığında 70-ə yaxın kül yığını tapılıb. Nevada Torpaq İdarəetmə Bürosu bunların yandırılmış insan qalıqları olduğunu elan edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Hesabatda deyilir ki, “kül” adlandırılan şey, insanın yandırılmasından sonra qalan əzilmiş sümüklərdir.
Nevada ştatında külün ictimai torpaqlara səpilməsi qanunsuz deyil, lakin buna yalnız özəl olaraq icazə verilir. Yandırılmış qalıqların kommersiya məqsədi ilə yayılması qanunsuzdur.
//Gülnarə Abasova, Editor.az

