ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edildibackend

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Virciniya Baş Məclisi ölüm hökmünün ləğvi üçün qanun layihəsini təsdiq edib.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə ştatın qanunverici orqanının mətbuat xidməti “Twitter” hesabında məlumat yayıb.

Nümayəndələr Palatasında (alt palata) keçirilən səsvermə zamanı deputatlardan 57-si ölüm hökmünün ləğvinə, 41-i isə əleyhinə səs verib. Senatda sözügedən qanun layihəsini bir gün əvvəl qəbul edildiyi bildirilib.

Qeyd edək ki, qanun layihəsi ştatın qubernatoru Ralf Nortam tərəfindən imzalandıqdan sonra, Virciniya ABŞ-ın ölüm hökmünü ləğv edən 23-cü ştatı olacaq.