ABŞ -ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad ABŞ qoşunlarını ölkədən çıxardıqdan iki ay sonra istefa verib.
Editor.az BBC -nin verdiyi məlumata əsasən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Halilzadın istefasından sonra Tomas Uestin Əfqanıstan üzrə xüsusi elçi təyin olunacağını açıqlayıb.
Blinkenə istefası ilə əlaqədar bir açıqlama göndərən Halilzad Əfqanıstan hökuməti ilə Taliban arasındakı siyasi razılaşmanın planlaşdırıldığı kimi getmədiyini söyləyib. Halilzad baş verənlərə görə Əfqanıstan xalqına üzüldüyünü də bildirib. 70 yaşlı
Qeyd edək ki, Halilzad Əfqanıstanda anadan olub və Kabildə böyüyüb. Xəlilzad eyni zamanda, ABŞ -ın keçmiş prezidentləri Buş, Obama və Trampın administrasiyalarında diplomat kimi çalışıb.
//Gülnarə Abasova, Editor.az

