ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri evə uçmaq üçün 2021-ci ildə saxta COVID testi edibbackend

ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri evə uçmaq üçün 2021-ci ildə saxta COVID testi edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Əfqanıstandakı səfiri vəzifəsini icra edən Ross Wilson 2021-ci ildə ABŞ əsgərləri ABŞ-a qayıtmaq üçün ölkədən çıxarkən müsbət koronavirus testini saxtalaşdırıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Amerikanın Axios portalı ilə söhbətində bildirib.

“Səfir Wilson dərhal ABŞ-a qayıda bilməsi üçün işçilərindən birinə saxta bir COVID testi verməyi tapşırıb”,- dedi. Siyasətçi bildirib ki, Wilson köməkçisinə ABŞ-ın səyahət məhdudiyyətlərini pozaraq evakuasiya edildikdən sonra Dohadan ABŞ-a geri qayıda bilməsi üçün Covid üçün müsbət test verdiyini gizlətməyi tapşırdığını iddia edib. Axiosun sözlərinə görə, MakKaul Bayden administrasiyasının qoşunların ümumi çıxarılması siyasətini də tənqid edib.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar prezident Co Bayden və onun administrasiyasını ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan “xaotik” çıxarılmasına görə tənqid etmişdilər.

//Gülnarə Abasova, Editor.az