ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) “COVİD-19” pandemiyasının səbəbkarının adını açıqladıbackend

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) “COVİD-19” pandemiyasının səbəbkarının adını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Təhlükəsizlik Bürosunun (FTB) məlumatına görə, Çinin Uhan şəhərindəki bir laboratoriyadan sızma yeni növ koronavirus infeksiyasının pandemiyasına səbəb olub.

Editor.az bildirir ki, bu barədə qurumun rəhbəri Kristofer Rey məlumat bəhs edib. O, rəsmi Pekini ABŞ və digər ölkələrin virusun mənşəyinin əsl səbəblərini öyrənmək cəhdlərini puça çıxarmaq üçün əlindən gələni etməkdə ittiham edib. Rey, ABŞ Energetika Nazirliyinin sızmanın pandemiyaya səbəb olması ilə bağlı dərc olunmuş mesajı ilə bağlı müvafiq açıqlamalar verib.

Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin sözlərinə görə, ABŞ prezident administrasiyası məsələ ilə bağlı hələ ki, yekun nəticəyə gəlməyib. Çin Xarici İşlər Nazirliyi isə məsələni siyasiləşdirməməyə çağırıb. Çünki ABŞ-ın Uhanda koronavirusun mənşəyi ilə bağlı bəyanatlarında heç bir sübut əsası yoxdur. Xüsusilə, ÜST-ə görə, “COVİD”-in belə bir mənşəyi olması ehtimalı azdır.

  //Samir Qurbanov, Editor.az