ABŞ-ın Florida ştatında 400 il həbs cəzası alan şəxs 34 il həbsdən sonra bəraət qazanıb.backend

ABŞ-ın Florida ştatında 400 il həbs cəzası alan şəxs 34 il həbsdən sonra bəraət qazanıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında 400 il həbs cəzası alan şəxs 34 il həbsdən sonra bəraət qazanıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, 57 yaşlı Sidney Holmsun günahsız olduğu üzə çıxıb. Sidney Holms 1988-ci ildə silahlı quldurluqda iştirakı ittihamı ilə saxlanılıb.

Belə ki, avtomobili soyğunçuların maşınına oxşadığı üçün nəzarətə alınan Holms şahidlərin ifadələri əsasında tutularaq 400 il həbsə məhkum edilmişdi. İllərlə günahsız olduğunu desə də, heç kimi inandıra bilməyən Holmsun səyləri onilliklər sonra nəticə verdi. Məhkəmə sübutları yenidən araşdırdıqdan sonra Holmsun “günahsız” olduğuna qərar verdi. Holms 23 yaşında girdiyi həbsxanadan 57 yaşında azad edildi. Bildirilir ki, amerikalı şəxs təzminat üçün əyalət hökumətini məhkəməyə verəcək.

//Gülnarə Abasova, Editor.az