ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin helikopteri Kaliforniyanın sahillərində qəzaya uğrayıb.
Editor.az “Report”a istinadən bildirir ki, bu barədə ABŞ-ın Sakit okean donanması bildirib.
Qeyd edilir ki, qəza zamanı helikopterin beş üzcü həlak olub.
“ABŞ-ın Hərbi Dəniz Qüvvələri qəzaya uğramış MH-60S helikopterinin ekipajının beş üzvünün həlak olduğunu etiraf edir”, – Sakit okean donanmasının saytında dərc edilmiş bəyanatda deyilir.
Hərbi Dəniz Qüvvələrinin helikopteri çərşənbə günü Kaliforniya ştatının San-Dieqo sahillərində qəzaya uğrayıb. MH-60S helikopteri Abram Linkoln təyyarədaşıyan bortundan uçuş edib və sahildən 110 kilometr məsafədə suya düşüb
Helikopterin xəsarət alan bir heyət üzvü xilas edilib.

