ABŞ-ın hərbi yardımları hələ Ukraynaya gəlib çatmayıb – Dmitri Kulebabackend

ABŞ-ın hərbi yardımları hələ Ukraynaya gəlib çatmayıb – Dmitri Kuleba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya Qərb yardımının çatdırılması “qrafikdən geri qalır”.

Editor.az bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mayın 1-də dərc olunan “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

“Paketin elanı ilə ukraynalı artilleriyaçının rus işğalçılarına cavab atəşi açacağı an arasında müvəqqəti boşluq var və bunu qiymətləndirin. Yardımlar hələ də yoldadır və bu müddət ərzində rus qoşunlarının yerdəki hücumu kimi dəhşətli hadisələr baş verə bilər”, – Kuleba qeyd edib.

Onun sözlərinə görə, ukraynalı əsgərlər artilleriya mərmilərinin çatışmazlığı səbəbindən “aclıqdan ölürlər” və onların mövqeləri məhv edilir, ona görə də müharibə şəraitində təmin olunanların təkcə kəmiyyət və keyfiyyəti deyil, həm də vaxtı vacibdir. “Rusiyanın hərbi-sənaye bazasının yenidən qurulmasında nəyə nail olduğuna və bu vaxta qədər Qərbin nəyə nail olduğuna baxanda etiraf etməliyik ki, Rusiya Federasiyası hərbi səylərində daha effektivdir və narahatlıq doğurur.

//Samir Qurbanov,Editor.az