ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Malley: “Nüvə razılaşması mümkündür, lakin yaxın deyil”backend

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Malley: “Nüvə razılaşması mümkündür, lakin yaxın deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və Qərb arasında nüvə razılaşması mümkündür, lakin bu, tezliklə baş tutmayacaq”.

Editor.az “Sputnik Türkiye” yə istinadən xəbər verir ki, bu barədə Qətərin paytaxtı Dohada keçirilən “Doha Forumu 2022” çərçivəsində sessiyada çıxış edən ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley İranla Vyanada aparılan danışıqlarla bağlı məsələləri dəyərləndirərkən deyib.

O, bildirib ki, danışıqların uzun müddət davam etməsi razılığın əldə olunmasının çətinliyini ortaya qoyur və ən yaxşı təminat ən qısa zamanda razılığa gəlməkdir.

Malley İranın razılaşmanın şərtlərinə əməl edəcəyi təqdirdə onların da əməl edəcəyini və iqtisadi sanksiyaların qaldırılacağını bildirib :

“Nə qədər tez razılaşsaq, həm bizim, həm də İran üçün faydalı olar. Razılaşma əldə olunarsa, biz bunu İranla aramızda olan digər məsələlərin həlli üçün əsas götürə bilərik”.

Malley İslam İnqilabı Keşikçiləri Korpusunun sanksiya siyahısından çıxarılması ilə bağlı fikirlərə də münasibət bildirib:

“Bu razılaşmanın SEPAH ilə əlaqəsi yoxdur. SEPAH-a qarşı sanksiyalar davam edəcək. Bu mövzuda siyasətimiz və düşüncəmiz dəyişməyəcək. Vyana danışıqları uğursuz olsa belə, şübhəsiz ki, bölgə ölkələrinin təhlükəsizliyinə dəstək üçün aparılan işlər gec -tez öz nəticəsini verəcək”.

//Gülnarə Abasova, Editor.az