ABŞ-ın İranın hərbi obyektlərinə endirəcəyi zərbələr silsiləsinin planı hazırdır – CBS Newsbackend

ABŞ-ın İranın hərbi obyektlərinə endirəcəyi zərbələr silsiləsinin planı hazırdır – CBS News

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Amerika hədəflərinə, xüsusən də İordaniyanın şimalındakı bazaya hücumlarına cavab olaraq, İranın İraq və Suriyadakı hərbi obyektlərinə və qurğularına qarşı çoxgünlük zərbələr silsiləsi planlarını təsdiqləyib.

Editor.az bildirir ki, bu barədə Amerika rəsmilərinə istinadən, CBS News xəbər verir. Telekanalın məlumatına görə, ABŞ-ın İran hədəflərinə və hərbçilərinə zərbələrinin dəqiq vaxtı bölgədə ola biləcək mülki əhalinin ehtiyatsızlıqdan vurulmasının qarşısını almaq üçün əsasən hava şəraitindən asılı olacaq.

Kanalın həmsöhbətləri etiraf ediblər ki, İranyönlü şiə qruplaşması “Kətaib Hizbullah” çərşənbə günü ABŞ hərbçilərinə qarşı hərbi əməliyyatları dayandırdığını elan etdikdən sonra regionda ABŞ hərbçilərinin yerləşdiyi yerlərə yeni hücumlar qeydə almayıb. Lakin CBS News mənbələri bunun ABŞ hərbçilərinin zərbələrini təxirə salınacağına işarə etməyiblər.

//Samir Qurbanov, Editor.az