ABŞ-ın İraqdakı “Ayn əl-Əsəd” hərbi bazası atəşə tutulubbackend

ABŞ-ın İraqdakı “Ayn əl-Əsəd” hərbi bazası atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçilərinin yerləşdiyi “Ayn əl-Əsəd” hərbi bazası “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulub. Ölənlər barədə məlumat yoxdur.

Editor.az bildirir ki, bu barədə İraqın “Shafaq news” agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər yayıb. Baza İraqın qərbində yerləşir. Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri tez bir zamanda səfərbər edilib və Əl-Ənbar əyalətindəki Əl-Bağdadi bölgəsindən giriş-çıxışları müvəqqəti bağlayıb. “Reuters” yazır ki, bazada bir neçə partlayış səsi eşidilib.

“Əl-Məyadin” telekanalı xəbər verir ki, məsuliyyəti şiə silahlı qruplarının daxil olduğu “İraq İslami Müqaviməti” öz üzərinə götürüb.

Pentaqonun sözçüsü Patrick Rayder, ABŞ səlahiyyətlilərinin ABŞ bazalarına və əlaqəli tərəflərə “son hücumları araşdırmaq prosesində olduğunu” söyləyib. Lakin təfərrüatları açıqlamayıb.

//Samir Qurbanov, Editor.az