ABŞ-ın Kanzas-Siti şəhərində atışma baş veribbackend

ABŞ-ın Kanzas-Siti şəhərində atışma baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kanzas-Siti şəhərində baş verən atışmada 29 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə CNN tibbi xidmətlərə istinadən məlumat yayıb. qurban güllə yarası alıb. Onların arasında 6-15 yaş arası 11 uşaqdır. KKFI 90.1 FM radiostansiyası onların Kanzas Sitidən olan əməkdaşının güllələnərək öldüyünü bildirib. Polis onun ölümü ilə bağlı hər hansı təfərrüat verməyib.
Xatırladaq ki, bu gün Kanzas Sitidə Super Bowl qaliblərinin şərəfinə parad keçirilib.

Parad başa çatdıqdan sonra Birlik Stansiyasının ərazisində atışma başlayıb. Atışmanın səbəbi məlum deyil. 3 şübhəli saxlanılıb. Ağ Ev ABŞ prezidenti Co Baydenin atışmadan xəbərdar olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az