ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp kampaniyasını maliyyələşdirmək üçün qeyri-adi addım atıb. Tramp 399 dollara satılacaq qızıl idman ayaqqabılarını təqdim edib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, ayaqqabı Trampın daşınmaz əmlak fırıldaqçılığına görə 355 milyon dollar cərimələnməsindən sonra bazara çıxarılıb. Yüz milyonlarla dollar cərimə ödəməli olan Donald Tramp idman ayaqqabısı satmağa başlayıb.
Qeyd edək ki, Filadelfiyada keçirilən təqdimatda Tramp 10 ildən artıqdır ki, ayaqqabı buraxmaq ideyası üzərində düşündüyünü söyləyib.
//Gülnarə Abasova, Editor.az

