“ABŞ-ın maraqları Rusiyadan Türkiyəyə yönəlib”-Ekspertbackend

“ABŞ-ın maraqları Rusiyadan Türkiyəyə yönəlib”-Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Ermənistana silah satması ,bundan öncə isə Nensi Pelosinin İrəvana səfəri və onun qeyri-obyektiv açıqlamaları regionda son həftələrdə yaranan gərginliyin daha da kəskinləşdirilməsinə yönəlib”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bildirib.

Kamran Məmmədlinin fikrincə, bu addım regionda ciddi balans dəyişikliyinə səbəb olmayacaq:

“Çünki qısa müddət öncə NATO-nun baş katibi Yens Stoltenberqin açıqlaması olub ki , silah rezervləri artıq tükənib və tərəfdaşları silah ehtiyatlarını mümkün qədər tez doldurması lazımdır və paralel olaraq Rusiya-Ukrayna  müharibəsinin getdiyi və günü-gündən kəskinləşdiyi zamanda düşünmürəm ki, ABŞ-ın Ermənistana silah satışı lazımi səviyyədə olacaq. Ümumilikdə isə, onu deyə bilərəm ki, ABŞ-ın son dönəmlərdə Ermənistana bu formada dəstək verməsi təkcə Rusiyaya qarşı yox, həmdə bölgədə günü-gündən güclənən Türkiyəyə qarşı atılan bir addımdır”.

K.Məmmədli hesab edir ki, prosesin bu formada gedişatı Ermənistanın regionda təklənməsinə səbəb ola bilər:

” Bu da Azərbaycanın dövlət maraqlarına uyğundur. Azərbaycan bölgədə yaranan bu qarışıqlıqlardan və Ermənistanın Rusiya ilə heç vaxt olmadığı qədər aralarının pisləşməsindən maksimum dərəcədə istifadə etməli, siyasi və lazım olduqda hərbi təzyiqlərlə Ermənistanı  Zəngəzur dəhlizinin açılmasına və eyni zamanda, dövlət maraqlarımıza uyğun sülh sazişinin imzalanmasına məcbur etməlidir”.
 
//Safura Bənnayeva, Editor.az