ABŞ və Rusiya müdafiə nazirləri müharibə başlanandan bəri ilk dəfə telofanda görüşdülərbackend

ABŞ və Rusiya müdafiə nazirləri müharibə başlanandan bəri ilk dəfə telofanda görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor az xəbər verir ki, bu barədə Pentaqonun spikeri Con Kibri məlumat verib.

“Mayın 13-də müdafiə naziri Lloyd Ostin fevralın 18-dən bu yana ilk dəfə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefonda danışıb”, – Kirbi açıqlamasında bildirib. Danışıqlar zamanı Ostin dərhal Rusiyanı atəşkəsə çağıraraq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini qeyd edib.

Lakin Pentaqonun sözçüsü söhbətin digər təfərrüatlarını açıqlamayıb. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Şoyqu və Ostin “beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti” müzakirə ediblər. Onlar söhbətin ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu bildiriblər. Xatırladaq ki, Ostin keçən ay bildirmişdi ki, Vaşinqton, Ukraynaya qarşı müharibəyə başlayarkən etdiklərini artıq edə bilməyəcək qədər zəif olan bir Rusiya görmək arzulayır.

  Editor.az