ABŞ-ın müdafiə naziri Lloyd Ostinin bu dəfə sidik kisəsi problemi səbəbiylə yenidən xəstəxanaya yerləşdirildiyi öyrənilib.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat verib.
Açıqlamada Ostinin müavini və Baş Qərargah rəisi, həmçinin Ağ Ev və Konqresə məlumat verildiyi qeyd edilib və bildirilib ki, hazırda nazir öz öhdəliklərini yerinə yetirməyə davam edir. Ostinin 22 dekabr 2023-cü ildə gizli xəstəxanaya yerləşdirilməsi və səhhətinin vəziyyəti barədə Ağ Evə və Konqresə məlumat verməməsi böhrana səbəb olub. Walter Reed Hərbi Xəstəxanasında prostat vəzi xərçəngindən əməliyyat olunan Ostin ertəsi gün evə göndərilsə də, daha sonra ağırlaşmalar səbəbindən yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirilib.
Ostinin xəstəxanaya yerləşdirilməsi ilk olaraq yanvarın 5-də ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlama ilə gündəmə gətirilib və vəziyyətinin yaxşı olduğu açıqlanıb. Yanvarın 15-də xəstəxanadan çıxan Ostinin bir müddət evdən işləyəcəyi bildirilib.
//Gülnarə Abasova, Editor.az

