NATO-nun Avropadakı ölkələri qitədəki Amerika hərbçilərinin sayının azaldılması mümkünlüyü üçün hazırlıqlara başlayıb.
Editor.az bu barədə Euractiv-ə istinadla yazıb.
Mətndə deyilir: “NATO-nun Avropadakı müttəfiqləri alyansın qitədəki ABŞ qoşunlarının potensial azaldılmasına necə cavab verməsi üçün xüsusi hazırlıqlara başlayıblar”.
Portalın məlumatına görə, Avropa əmindir ki, ABŞ prezidenti Donald Tramp Asiya və ya Yaxın Şərqə göndərilə biləcək 10-20 min insanı geri çəkməyi planlaşdırır. Bu gün Avropadakı Amerika kontingenti təxminən 80 min nəfərdir.
Euractiv-in məlumatına görə, NATO-nun Avropadakı üzvləri uzun illər ABŞ Silahlı Qüvvələrini əvəz edə bilməyəcək.
//Gülnarə Abasova, Editor.az