ABŞ-ın NATO-dakı daimi nümayəndəsi: Avropa müharibə vəziyyətində ehtiyac duyacağı silahları istehsal edə bilmirbackend

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi: Avropa müharibə vəziyyətində ehtiyac duyacağı silahları istehsal edə bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa hazırda müharibə vəziyyətində ehtiyac duyacağı silahları istehsal edə bilmir”.

Editor.az Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib.

Avropa hazırda döyüş meydanında və ya regionda potensial müharibə baş verəcəyi təqdirdə Ukraynanın ehtiyac duyduğu silahları istehsal edə bilmir.

“Reallıq ondan ibarətdir ki, Avropa hazırda döyüş meydanında və ya Avropada potensial müharibə olacağı təqdirdə Ukraynaya lazım olan silahları istehsal edə bilmir. Ona görə də bu cür silah sistemlərinin aparıcı istehsalçısı olan ABŞ onları Avropaya tədarük edəcək. Avropa onların pulunu ödəyəcək və bu, ağlabatan yanaşmadır”,- Uitaker bildirib

Whitaker həmçinin iddia edib ki, ABŞ prezidenti Donald Tramp avropalı müttəfiqlərdən Ukraynaya hərbi yardımın əsas hissəsini çəkməyi tələb etməyib, çünki Avropa yükü öz üzərinə götürmək istəyir.

//Gülnarə Abasova, Editor.az