ABŞ-ın NATO-dakı nümayəndəsi: NATO ölkələri ilə Rusiya arasında münaqişənin olacağını düşünmürükbackend

ABŞ-ın NATO-dakı nümayəndəsi: NATO ölkələri ilə Rusiya arasında münaqişənin olacağını düşünmürük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ NATO ölkələri ilə Rusiya arasında silahlı münaqişənin başlayacağına inanmır.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit açıqlamasında bildirib. “ABŞ NATO ölkələri ilə Rusiya arasında silahlı münaqişənin yaxınlaşması ilə bağlı fikirlərlə razı deyil. Müdafiə və çəkindirmə potensialımızı gücləndirmək üçün çox səy göstərilir, lakin biz heç kimə müharibənin gəldiyi mesajını göndərmirik”,- deyə bildirib.

Rusiya ilə NATO arasında müharibənin yaxınlaşdığına dair heç bir işarənin olmadığını vurğulayan Smit qeyd edib ki, Vaşinqtona görə, Rusiyanın bütün səyləri Ukraynaya yönəlib və hazırda Rusiya Federasiyası ilə NATO arasında müharibənin yaxınlaşdığına dair heç bir əlamət yoxdur.

//Gülnarə Abasova, Editor.az