ABŞ Hərbi Dəniz Qüvvələri Ohayo sinifli nüvə sualtı qayığının Yaxın Şərqə çatdığını bildirib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-dəki yazısında Yaxın Şərqə göndərilən nüvə sualtı qayığı ilə bağlı açıqlama verib.
“5 noyabr 2023-cü ildə Ohayo sinifli sualtı qayıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına gəldi”,- deyə məlumatda qeyd edilir.
Onu da qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Məscidül-Əqsaya qarşı davamlı pozuntularına” cavab olaraq həyata keçirdiyi hərtərəfli hücumdan sonra ABŞ bölgəyə iki təyyarədaşıyan gəmi göndərib.
//Safura Bənnayeva, Editor.az

