ABŞ-ın raket sınağıbackend

ABŞ-ın raket sınağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun saytında verilən açıqlamaya görə, ABŞ ordusu Florida ştatındakı ABŞ Kosmik Qüvvələri bazasında hipersəs raketini uğurla sınaqdan keçirib. Sınağın dəqiq nə vaxt baş verdiyi açıqlanmır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro bunu ölkənin qabaqcıl silahlarının inkişafında “mühüm mərhələ” adlandırıb. Pentaqon qeyd edib ki, bu, cari ildə ikinci uğurlu sınaqdır.

Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin hərbçilərinin iştirakı ilə qeyri-nüvə hipersəs raketinin kompleks uçuş sınaqlarının həyata keçirildiyi vurğulanır. Bundan əvvəl Strategiya və Texnologiyaların Təhlili Mərkəzi ABŞ-ın Uzun Menzilli Hipersonik Silah (LRHW) orta mənzilli hipersəs raket sistemini uğurla sınaqdan keçirdiyini bildirmişdi. “Dar Eagle” adlanan raketin buraxılışı Kanaveral burnundan həyata keçirilib.

//Samir Qurbanov, Editor.az