ABŞ-ın Rusiyaya ixracı kəskin azalıbbackend

ABŞ-ın Rusiyaya ixracı kəskin azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mallarının Rusiyaya ixracı 2023-cü ilin yanvarında 44,6 milyon dollar təşkil edib ki, bu da son 30 ilin ən aşağı səviyyəsidir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Vaşinqtonun Moskvaya qarşı sanksiyaları ilə iki ölkə arasında ticarət həcmi azalır.

ABŞ İqtisadi Təhlil Bürosunun məlumatına görə, 2023-cü ilin yanvarında ABŞ-ın Rusiyaya ixracı 44,6 milyon dollara düşüb. Bu, Sovet İttifaqının dağılması ilə 1992-ci ilin yanvarında qeydə alınmış ən aşağı səviyyə olan 1,3 milyon dollarla eyniyyət təşkil edir.

Qeyd edək ki, yanvar ayında ABŞ-ın Rusiyadan idxalı 508,6 milyon dollar olub. Lakin əvvəlki ilin eyni ayında bu rəqəm 1,96 milyard dollar idi.

//Safura Bənnayeva, Editor.az