ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Editor.az bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-də dərc olunmuş mesajında deyilir. Yenilənmiş siyahıya 200-ə yaxın hüquqi şəxs daxildir. Məhdudlaşdırıcı tədbirlər “Arctic LNG-2” zavoduna, N.E. Bauman adına MQTU-ya AFK “Sistema” şirkətinə, “Aeon” infrastruktur korporasiyasına, həmçinin bir sıra digər şirkət, bank, o cümlədən “Russian Standard”a şamil eilib.
Bundan əlavə, 30 fiziki şəxs də sanksiyalar altına düşüb. Siyahıya Sənaye və Ticarət Nazirliyinin iki rəis müavini, “Lancet PUA”nın hazırlanmasında iştirak etmiş konstruktor Zaxarova və bir çox başqaları daxildir. Bundan əlavə, Maliyyə Nazirliyi aydınlaşdırıb ki, gələn il yanvarın 31-dək amerikalılara Rusiyada vergi ödəməyə imkan verən icazə qüvvədə olacaq.
Departament vurğulayıb ki, yeni məhdudlaşdırıcı tədbirlərin hədəfi Rusiya hərbi-sənaye kompleksi və onu dəstəkləyən strukturlardır.
//Samir Qurbanov, Editor.az

