ABŞ-ın sanksiyası altında olan Rusiya gəmisi Qara dənizə daxil olubbackend

ABŞ-ın sanksiyası altında olan Rusiya gəmisi Qara dənizə daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ-ın sanksiyası altında olan Rusiyanın “Sparta-4” yük gəmisi Suriyadan Novorossiysk limanına doğru hərəkət edərək İstanbul boğazını keçib və Qara dənizə daxil olub.

Editor.az bildirir ki, bu barədə “Naval News” məlumat yayıb. Ukraynada müharibə başlayandan sonra Türkiyənin Aralıq dənizi və Qara dənizlər arasındakı boğazlardan Rusiya hərbi gəmiləri üçün keçidi bağladığı, lakin qadağanın yardımçı və ticarət gəmilərinə şamil olunmadığı bildirilir.

Nəşr yazır ki, “Sparta-4” gəmisi ABŞ sanksiyaları altında olan Rusiyanın “SK Yuq” şirkətinə məxsusdur. Qeyd olunur ki, fevralın əvvəlində Türkiyə və Suriyada baş verən zəlzələdən sonra gəmi Suriyanın Tartus limanına humanitar yardım çatdırıb, daha sonra isə yenidən Rusiyaya geri dönüb.

Qəzetin yazdığına görə, gəmi “gecə tez və sakitcə Bosfor boğazından keçib” və onun görüntüsü ağır yükdən xəbər verib. “Naval News”un məlumatına görə, gəminin göyərtəsində hərbi texnika ola bilər, çünki Suriyanın Tartus şəhərində Rusiya hərbi dəniz bazası var.

  //Samir Qurbanov, Editor.az