ABŞ-ın Sudanla bağlı yeni planlarıbackend

ABŞ-ın Sudanla bağlı yeni planları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Sudanda davamlı atəşkəsə nail olmaq məqsədi ilə komitənin yaradılmasına dəstək vermək üçün regional və beynəlxalq tərəfdaşlarla koordinasiyada çalışır”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Co Baydenin milli təhlükəsizlik komandasının Sudanda münaqişə tərəfləri ilə birbaşa əlaqədə olduğunu bildirən sözçü tərəfləri ilkin şərt olmadan münaqişələri dayandırmağa və daimi atəşkəsə nail olmağa çağırışlarını davam etdirdiklərini bildirib.

O bəyan edib ki, Birləşmiş Ştatlar Sudanda daimi atəşkəs və humanitar vəziyyətlərin müzakirəsi, yekunlaşdırılması və həyata keçirilməsinə nəzarət edən komitənin yaradılmasını dəstəkləmək üçün tərəfdaşları ilə planlı iş görür.

//Safura Bənnayeva, Editor.az