ABŞ-ın təklif etdiyi sülh planında Ukrayna üçün “qırmızı xətt” hesab edilən və danışıqlarda irəliləyişi əngəlləyə biləcək ən azı üç bənd yer alır.
Editor.az xəbər verir ki, bunu CNN-ə Kiyevdəki yüksək vəzifəli rəsmilərdən biri bildirib.
Mənbənin sözlərinə görə, ilk növbədə Donbasdakı bəzi ərazilərin, o cümlədən Ukraynanın “qalalar kəməri” adlandırdığı zonanın verilməsi ilə bağlı son dərəcə həssas məsələ mövcuddur. Digər ciddi narazılıq doğuran məqam isə Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması ilə bağlı “mübahisəli təklif”dir.
Mənbə həmçinin vurğulayıb ki, Ukraynanın NATO-dan çıxması tələbi də qəbuledilməzdir. Onun sözlərinə görə, bu cür güzəşt “pis presedent” yaradaraq Rusiyaya hərbi blok üzərində faktiki veto hüququ verə bilər.
CNN yazır ki, mənbənin qeyd etdiyi hər üç məsələ Ukrayna üçün həssas və uzun illərdir dəyişməyən qırmızı xətlərdir . Bu şərtlərdən hər hansı birindən formal şəkildə geri addım atmaq ciddi siyasi risklər yaradır və belə addımı atmağa cəhd edən hər bir Ukrayna lideri üçün ağır nəticələr doğura bilər.
//Gülnarə Abasova, Editor.az

