ABŞ-ın Suriyadakı hərbi bazaları vurulub, ölənlər var – “Al Mayadeen” telekanalıbackend

ABŞ-ın Suriyadakı hərbi bazaları vurulub, ölənlər var – “Al Mayadeen” telekanalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şərq və şimal-şərqindəki Amerika hərbi bazaları atəşə tutulub.

Editor.az “Al Mayadeen” telekanalının məlumatına görə, hərbçilər həlak olub. Hücum ABŞ-ın Suriyanın şərqindəki hədəflərə endirdiyi zərbələrə cavab olubi. Telekanalın məlumatına görə, Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına 15 raket atılıb. Hədəf hərbi qərargah və silah anbarları olub. Azı 10 helikopter yaralı amerikalıları hərbi xəstəxananın olduğu İraqa aparıb. Ölənlərin sayı dəqiqləşdirilməyib.

Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində yerləşən digər ABŞ bazası Əl-Şəddadi da üç pilotsuz təyyarənin hücumaun məruz qalıb. Hücumlara görə məsuliyyəti İsraillə müharibədə HƏMAS-a dəstək verən “İraq İslami Müqavimət”i öz üzərinə götürüb. Hücumlardan bir müddət əvvəl ABŞ Suriyanın şərqində Pentaqonun İran İslam İnqilabı Keşikçiləri Korpusu və İranyönlü qruplar tərəfindən istifadə edildiyini bildirdiyi ərazilərə zərbələr endirib.

Hədəflər Əbu Kamal şəhəri yaxınlığındakı təlim bazası və yaraqlıların gizli fəaliyyət göstərdiyi deyilən Mayadin şəhəri yaxınlığındakı bina olub. Zərbələr İsraildə müharibə başlayandan bəri Amerika bazalarına edilən onlarla hücuma cavab olub. Oktyabrın sonu və noyabrın 9-na keçən gecə tərəflər arasında həm də qarşılıqlı hücumlar baş vermişdi.

//Samir Qurbanov, Editor.az