ABŞ-ın Suriyanın şərqindəki Deyr əz-Zor və Həsəkə əyalətlərindəki hərbi obyektləri ərəb qəbilələrinin silahlı qüvvələri tərəfindən atəşə tutulub. Beş raketin Koniko qaz yatağı yaxınlığındakı hədəfləri, dördünün El Ömər neft yatağı yaxınlığındakı bazanı, digər raketin isə Əl Şəddadi bazasındakı aerodromunu vurduğu bildirilir.
Editor.az xəbər verir ki, bu barədə İranın “Fars News Agency” məlumat yayıb. Məlumata görə, Koniko istiqamətindən səmaya qalın tüstü qalxır. Təcili yardım siqnalları eşidilir. Ərazi üzərində helikopter uçur. Maddi dağıntı və tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, Suriyanın şimal-şərqində ABŞ-ın 9 hərbi bazası yerləşir. Dəməşq ABŞ ordusunun buradakı mövcudluğunu qanunsuz işğal hesab edir və ABŞ ordusunu ölkənin təbii ehtiyatlarını talamaqda günahlandırır.
//Samir Qurbanov, Editor.az

