ABŞ-ın Talsa şəhərində xəstəxanaya silahlı hücum: 4 ölü, çoxlu sayda yaralıbackend

ABŞ-ın Talsa şəhərində xəstəxanaya silahlı hücum: 4 ölü, çoxlu sayda yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Talsa şəhərində xəstəxanada atışma olub.

Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər həlak olub, çoxlu sayda yaralı var. Hücumçunun ölən dörd nəfər arasında olmadığı və onun intihar etdiyi deyilir. Hücum edən şəxsin xəstəxanada həm tapançadan, həm də tüfəngdən istifadə etdiyi də bildirilib.

Polis və xəstəxana rəsmiləri həyatını itirən 4 nəfərin şəxsiyyətini hələlik açıqlaya bilmədiklərini bildiriblər.

Qeyd edək ki,  ötən həftə ABŞ-ın Texas ştatının Uvalde şəhərində məktəbə silahlı hücum nəticəsində 19 uşaq və 2 böyük həlak olmuşdu.

//Gülnarə Abasova, Editor.az