ABŞ-ın Tayvanı silahlandırması müharibə deməkdir – Çin Müdafiə Nazirliyibackend

ABŞ-ın Tayvanı silahlandırması müharibə deməkdir – Çin Müdafiə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Jian bildirib ki, Birləşmiş Ştatlar Tayvanı silahla təmin etməklə adanın müstəqilliyi tərəfdarlarını həvəsləndirir.

O, ABŞ-ın Tayvana silah tədarükü üçün 567 milyon dollar ayırmaq qərarını şərh edərkən belə deyib. “Vurğulamaq lazımdır ki, Tayvanı silahlandırmaq “Tayvanın müstəqilliyi” tərəfdarlarını təşviq etmək məqsədi daşıyır, “Tayvanın müstəqilliyi” müharibə deməkdir və Tayvanı Çini cilovlamaq üçün istifadə etmək cəhdləri həmişə mənfi nəticələrə gətirib çıxaracaq”, – Çin Müdafiə Nazirliyi bildirib.

Xatırlaadaq ki, ABŞ prezidenti Co Bayden sentyabrın sonunda Tayvana 567 milyon dollarlıq hərbi yardımın ayrılması barədə göstəriş verib. Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Çin isə adanı öz ərazisi hesab edir.

//Samir Qurbanov, Editor.az