Avropa və Ukrayna rəsmiləri ABŞ prezidenti Donald Trampın planını rədd ediblər. Bu barədə “Politico” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Editor.az xəbər verir ki, Nəşrin mənbələrinə görə, Aİ liderləri təklif olunan şərtlərin yalnız Rusiya üçün əlverişli olduğuna inanırlar. Onlar həmçinin sülh planının hazırlanmasında iştirak etmədiklərindən narahatdırlar. ABŞ təklifi ilə tanış olan bir Avropa rəsmisinin sözlərinə görə, müqavilənin tələbləri “Putini qane edəcək məqamların” siyahısıdır. Aİ hesab edir ki, Rusiyanın güzəştləri yalnız onun rəhbərliyini gələcəkdə NATO ölkələrinə hücum etməyə təşviq edəcək.
Digər yüksək vəzifəli məmur qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski “artıq Rusiyanın hərbi uğurları və korrupsiya qalmaqalının yaratdığı daxili qarışıqlıq səbəbindən güclü təzyiq altındadır”. Buna görə də, ABŞ administrasiyasının son hərəkətlərinin vaxtı Ukrayna tərəfi üçün “xüsusilə uğursuz” olub.
//Samir Qurbanov, Editor.az

