ABŞ-ın Texas ştatında təyyarə qəzası baş veribbackend

ABŞ-ın Texas ştatında təyyarə qəzası baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında, Fort Worth şəhəri yaxınlığında təyyarə qəzası baş verib.

Editor.az xəbər verir ki, Fort Worth Yanğınsöndürmə İdarəsinin məlumatına görə, hadisə Hicks hava limanı yaxınlığında qeydə alınıb. Təyyarə qəzaya uğrayaraq ərazidəki yük maşınlarına və qoşqulara çırpılıb.

Qəza nəticəsində ərazidə yanğın baş verib, lakin alovun artıq nəzarət altına alındığı bildirilib. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur. Rəsmilər təyyarənin tipi, havaya qalxdığı yer və ekipajın sayı barədə məlumatın araşdırıldığını açıqlayıb.

Sosial mediada paylaşılan kadrlarda hadisə yerindən qalxan güclü tüstü buludları aydın görünür.

//Gülnarə Abasova, Editor.az