ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisi Fars körfəzinə daxil olub.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, gəminin naviqasiya azadlığını təmin etmək üçün patrul xidməti həyata keçirəcəyi bildirilib və USS Dwight D. Eisenhower-in idarə olunan raket kreyseri USS Philippine Sea, idarə olunan raket esminesi USS Stethem və Fransa Hərbi Dəniz Qüvvələrinə aid Lanqedok freqatı ilə birlikdə olduğu qeyd olunub.
CENTCOM-dan verilən açıqlamada “M/V Central Park” adlı ticarət gəmisinin dünən Ədən körfəzində dəniz quldurluğu ilə mübarizədə qüvvələrdən kömək istədiyi bildirilib.
Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Mason (DDG 87)” adlı esminesinin Central Parkın kömək çağırışına cavab verdiyi daha sonra 5 silahlı şəxsin gəmiyə minərək kiçik qayıqla qaçmağa çalışdığı bildirilib.
Açıqlamada gəmini ələ keçirməyə cəhd edən 5 silahlı şəxsin tutulduğu açıqlanıb.
//Səbinə Hüseynli, Editor.az

