ABŞ-ın ucbatından Yaxın Şərqdə vəziyyət tamamilə nəzarətdən çıxıb – Donald Trampbackend

ABŞ-ın ucbatından Yaxın Şərqdə vəziyyət tamamilə nəzarətdən çıxıb – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdəki vəziyyət ABŞ-a görə tamamilə nəzarətdən çıxıb.

Editor.az bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, “bölgədə dəhşətli şeylər baş verir, lakin bizim bunu dayandırmaq üçün gücümüz var”. O, həmçinin Rusiya və Ukrayna arasında hərbi münaqişədə də ABŞ hakimiyyətini günahlandırıb.

“Birləşmiş Ştatlar Yaxın Şərqdəki vəziyyətin tamamilə nəzarətdən çıxmasına imkan verib… Məsələyə güc və dəqiqliklə yanaşılmasa, bu, fəlakətə səbəb ola bilər.

Rusiya Ukrayna ilə də belədir, bəlkə də daha böyük ölçüdə”, – deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

//Samir Qurbanov, Editor.az