“ABŞ-ın Ukrayna müharibəsində son dövrlər kənarda durması Avropa ölkələrini narahat edir”- ŞƏRHbackend

“ABŞ-ın Ukrayna müharibəsində son dövrlər kənarda durması Avropa ölkələrini narahat edir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Ukrayna müharibəsində son dövrlər kənarda durması Avropa ölkələrini narahat edir. Donald Trampın Avropa barəsində dedikləri və Rusiyanın yanında olması ilə əlaqəli fikirləri Avropa üçün xəbərdarlıq siqnalı olub. Avropa öz təhlükəsizliyi barədə özü fikirləşməyə məcbur olub”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, NATO ölkələrinin Ukraynada əsgərinin olması həqiqətdir:

“Çünki Ukraynanın yanında bir sıra ölkələrdən döyüşçülər Rusiyaya qarşı döyüşür. Amma onlar rəsmi olmayan yollarla bu işi görür, öz şəxsi inisiativləri ilə bunu edirlər. Qeyd edilən kimi ordu göndərmək isə artıq Rusiyaya qarşı müharibə anlamına gələcək. ABŞ-ın NATO-dan çıxarılması fikri ABŞ-ı bu müharibədən kənarda tutmaq istəyidir. Böyük ehtimalla bu, elə ABŞ-ın fikridir və bu demək deyil ki, ABŞ kənarda qalacaq. ABŞ yenə də bu müharibədə iştirak edəcək, amma rəsmi olaraq kənarda duracaq. Rusiya isə bunu xoş qarşılamaz, amma onun da imkanları bəllidir. Bundan artığına onsuz da imkanları böyük ölçüdə yoxdur. Tək nüvə silahı ilə hədələmək imkanı isə istisnadır. Hesab edirəm ki, hələlik sinir müharibəsi gedir. Amma bunun real qarşıdurmaya keçməsi qorxusu da böyükdür”.

//Gülnarə Abasova, Editor.az