ABŞ-ın Ukraynada ikili məqsədi var: Rusiyanın bu müharibədə strateji uğur əldə etməsinə mane olmaq, həmçinin ukraynalılara hərbi, iqtisadi və demokratik baxımdan “ayaq üstə durmalarına” kömək etmək.
Editor.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. “İki əsas məqsəd var. Birincisi, təbii ki, Rusiyanı Ukraynada hər hansı strateji uğurdan məhrum etməkdir. Çünki bunu etməsək, bu hər yerdə təcavüzkarlara açıq dəvət olacaq.
Rusiya artıq uğursuzluğa düçar olub. Onun məqsədi Ukraynanı xəritədən silmək, müstəqil ölkə kimi varlığına son qoymaq və ərazisini Rusiyaya daxil etmək idi. Bu, baş vermədi”, – Blinken vurğulayıb.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar ukraynalıların Rusiyanın zəbt etdiyi ərazinin qalan hissəsini qaytarmaq üçün “bacarıqlarını maksimuma çatdırmaq” niyyətindədir.
Burada söhbət Ukrayna ərazisinin təxminən 17%-dən gedir. Bundan əlavə, ABŞ-ın məqsədi həm də Ukraynada sabitliyi təmin etməkdir. “Bu, Ukraynanın irəliləməyə davam etməsi üçün bütün dünyadan əbədi dəstək üçün bir resept deyil.
Bu, Ukraynanı hərbi, iqtisadi və demokratik baxımdan öz ayaqları üzərində möhkəm dayana biləcək səviyyəyə gətirmək üçündür”, – o, əlavə edib.
//Samir Qurbanov, Editor.az