“Birləşmiş Ştatlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya öz demokratiyasını müdafiə etmək öhdəliyinin bir hissəsi olaraq əlavə 450 milyon dollar təhlükəsizlik yardımı ayıracaq”.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Paketə silahlar, avadanlıqlar, o cümlədən yeni Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri, artıq təmin edilmiş artilleriya sistemləri üçün on minlərlə əlavə döyüş sursatı və Ukraynaya öz sahillərini və su yollarını müdafiə etməyə kömək edəcək patrul katerləri daxildir”,- deyə Con Kirbi bildirib.
ABŞ Müdafiə Nazirliyinin verdiyi məlumata görə, yeni yardım paketinə aşağıdakılar daxildir: ” dörd HIMAR sistemi; 36.000 patron 105 mm-lik sursat; 155 mm-lik artilleriya silahını yedəkləmək üçün 18 taktiki maşın; 1200 qumbaraatan; 2000 pulemyot; 18 sahil və çay patrul kateri; və müxtəlif ehtiyat hissələri və avadanlıqlar”.
//Gülnarə Abasova, Editor.az

