ABŞ-ın Müdafiə Naziri Lloyd Austin Ukraynaya silah yardımı ilə bağlı açıqlama ilə çıxış edib. “İşlər davam edir. Heç vaxt dayanmayacaq. Heyətimiz gecə-gündüz çalışır ki, Ukrayna xalqı öz ölkəsini müdafiə etmək üçün lazım olan texnikaya malik olsun”,-deyə, amerikalı nazir qeyd edib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Ukraynaya 3 milyard dollar əlavə silah yardımı edəcəyi açıqlanıb. Bu silah yardımı paketi ilə ABŞ Ukraynaya ümumilikdə 10 milyard dollarlıq silah yardımı etmiş olacaq.
Rusiya prezidenti Vladimir Putin ötən həftə Moskva Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında ABŞ-ı Ukrayna müharibəsini qızışdırmaqda ittiham edib. ABŞ-ın bir çox ölkənin daxili işlərinə qarışaraq bu ölkələri ram etməyə çalışdığını deyən Putin, Çinə qarşı Tayvanda oxşar təcrübə etdiyini vurğuladı.
\\Safura Bənnayeva, Editor.az

