ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə Kiyevə təsdiq edilmiş hərbi yardım tranşlarının müddəti yaxın aylarda başa çatacaq. Prezident Donald Tramp Ukraynaya yardımın uzadılması ilə bağlı heç bir vəd verməyib.
Editor.az bu barədə “The Washington Post” a istinadla xəbər verir.
“Bu yardımın yaxın aylarda başa çatacağı gözlənilir və Tramp Kiyevi qeyri-müəyyən strateji mövqedə qoyaraq onun yenilənməsi və ya uzadılması planına işarə etməyib”, – nəşr yazır.
Ukraynanın mayın sonundan etibarən Bayden administrasiyası tərəfindən təsdiqlənmiş hərbi yardımın son tranşlarını almağa davam etdiyi bildirilir.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnat mayın 28-də “Patriot” zenit-raket kompleksinin Rusiyanın “İsgəndər” raketləri ilə mübarizədə çətinlik çəkdiyini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az