ABŞ-ın Ukraynaya təxminən 60 milyard dollarlıq yardımı ilə bağlı səsvermə daha bir neçə həftə yubana bilərbackend

ABŞ-ın Ukraynaya təxminən 60 milyard dollarlıq yardımı ilə bağlı səsvermə daha bir neçə həftə yubana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya təxminən 60 milyard dollarlıq yardımı üçün səsvermə aprelin ortalarına qədər “dondurulur”.

Editor.az “Bloomberg”ə istinadən yazır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının yaxın həftələrdə lazımi qərar verəcəyi ehtimalı yoxdur, çünki orada respublikaçılar və demokratlar arasında çəkişmələr hələ də davam edir: “ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya yardımla bağlı səsvermənin ən azı aprelin ortalarına qədər və bəlkə də daha sonra baş tutması ehtimalı var”, – nəşr bildirir.

Spiker Mayk Conson hələ də Respublikaçı müxalifəti yumşaltmağın yollarını axtarır və sonuncu bu məsələdə sərt mövqe tutmağa davam edir. Media xatırladır ki, bazar günü Conson Birləşmiş Ştatların “dərhal” yardıma səs verə biləcəyinə dair boş ümidlər bəsləyir. O, qanunvericilərin Pasxa tətilindən sonra qanun layihəsini səsverməyə çıxara biləcəyini söyləyib. Hazırda Consonun komandası gələcək yardım paketi ilə bağlı planının təfərrüatlarını açıqlamır. Görünür, onlar hələ də Consonun Bayden administrasiyasından hansı güzəştlər tələb edəcəyinə qərar verməyiblər.

Bəzi partiya rəsmiləri bunun işləri çətinləşdirdiyini deyir. Consonun gələn həftə qanun layihəsinə səs vermək üçün Konqresdə dəstək toplamaq üçün kifayət qədər vaxtı olmaya bilər, – “Bloomberg” yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az