ABŞ-ın xam neft ehtiyatları artıbbackend

ABŞ-ın xam neft ehtiyatları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2 milyon barrel artıb. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi məlumat verib. 0.5 % artımla neft ehtiyatları 418700000 barrel olub.

Ancaq gözləntilərə əsasən ehtiyatların təxminən 1 milyon 200 min barrel azalacağı proqnozlaşdırılmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 7700000 barrel azalaraq 511600000 barrelə düşüb.

EIA-nın “İyun 2022 Qısamüddətli Enerji Görünüşü Hesabatı”na görə, ABŞ-ın gündəlik orta xam neft hasilatının 2022-ci ildə 11920000 barrel olacaq. Gələn il isə 12970000 barrel olacağı gözlənilir.

//Nəzərbəy Hacıağayev, Editor.az