ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada bir neçə gün qalacaq – OP detallar açıqladıbackend

ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada bir neçə gün qalacaq – OP detallar açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Aparatı (OP) ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloqun Ukraynaya səfərinin əhəmiyyətini vurğulayıb. Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Sergey Leşşenko “Yedinıe novosti” telemarafonunun efirində bildirib.

Leşşenkonun sözlərinə görə, Kelloq və Prezident Aparatı rəhbəri Andrey Yermakın Kiyev vağzalında baş tutan görüşü “bədən dili ilə” bu səfərin rəsmi bəyanatlardan və mediada yayılan yazılardan daha çox şey ifadə etdiyini göstərir. O qeyd edib ki, səfər ərəfəsində bəzi Amerika KİV-lərində Ukrayna diplomatiyasını səmərəsiz göstərməyə çalışan məqalələr dərc olunmuşdu.

“Bu, sadəcə dostların görüşü deyildi. Bu insan Kiyevə bir neçə saatlıq deyil, bir neçə günə – bəlkə də bir həftəyə gəlmişdi”, – deyə Leşşenko bildirib.

Onun sözlərinə görə, Kit Kelloq dövlət qulluqçusu deyil və onu səfərə əməkhaqqı deyil, Ukraynaya olan ürəkdən dəstəyi gətirib.

//Samir Qurbanov, Editor.az