ABŞ iqtisadiyyatı üçün tənəzzül riski çox yüksəkdirbackend

ABŞ iqtisadiyyatı üçün tənəzzül riski çox yüksəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin birinci rübündə ABŞ iqtisadiyyatının kiçilməsindən sonra iqtisadçılar tənəzzüllə bağlı proqnozlar verir.

Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, son olaraq isə “Goldman Sachs”ın keçmiş baş direktoru Lloyd Blankfein ABŞ iqtisadiyyatının tənəzzülə uğraması riskinin çox böyük olduğunu bildirib.

“Tənəzzül üçün çox yüksək risk faktoru var. FED-in izləməli olduğu bir yol var. Bununla belə bu yol çox da əlverişli deyil. Düşünürəm ki, FED-in imkanları daha genişdir. Hal-hazırda isə çox çətindir. FED imkanlarından istifadə edərək vəziyyəti dəyişməlidir. Onlarda bununla bağlı bütün məlumatlar var”, -deyə Blankfein bildirib.

//Nəzərbəy, Editor.az